​"Qarabağ"la "Arsenal"ın oyununu kim idarə edəcək?

Baxış sayı:
3508

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ”ın İngiltərənin "Arsenal” komandasına qarşı keçirəcəyi oyunun hakimləri bəlli olub.
Muxalifet.az xəbər verir ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Daniele Doveri ilə Mixael Fabbri əlavə köməkçi, Fabiano Preti isə 4-cü hakim olacaq.
Qeyd edək ki, görüş saat 20:55-də başlayacaq.