“Qarabağın əvəzində Azərbaycana Zəngəzurdan ərazi veriləcək” - ŞOK AÇIQLAMA

Baxış sayı:
1378

Ermənistan prezidenti Armen Sarkisyanın xəstələnməsi barədə barədə xəbər yayılmışdı.

Hətta onun həyat yoldaşının da yoluxmaya məruz qaldığı bildirilirdi. Amma Ermənistanda Sarkisyanın hamını aldatdığını düşünənlər var.

Yenisabah.az xəbər verir ki, “Milli təhlükəsizlik” partiyasının rəhbəri Qarnik İsaqulyan mətbuat konfransında prezidentin yalan danışdığını deyib. Müxalifətçi Sarkisyanı məsuliyyətdən yayınmaqda qınayıb. İsaqulyan prezidentin bilərəkdən ortadan çəkildiyini bildirib.

“Dekabrın 24-də Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşərək gələcək fəaliyyətin bütün sxemini təqdim edib. Bura Paşinyanla Əliyev arasında ehtimal olunan görüş də daxildir. Həmin görüşdə Paşinyan Qarabağın bizdə qalan hissəsi üçün təzminat kimi Ermənistan torpaqlarından (təxminən 2400 kvadrat km) verməlidir”.

Partiya sədri ərazi mübadiləsi üçün Azərbaycana Ermənistanın Sünik vilayəti (Zəngəzur - red.) ərazisindən torpaq verəcəyini deyib. Onun açıqladığı rəqəmdən çıxış etsək, İsaqulyan başa-baş, bərabər prinsip əsasında torpaq mübadiləsinin nəzərdə tutulduğunu demək istəyib.

Qarnik İsaqulyan

İsaqulyan dəfələrlə Paşinyanı satqınlıqda ittiham edib. Partiya rəhbəri 2020-ci ilin dekabrın ortalarında mətbuata müsahibəsində baş nazirin tez-tez Gürcüstana gedərək gizli görüşlər keçirdiyini demişdi. İsaqulyan məğlubiyyəti bütün çalarları ilə qəbul etməyən siyasətçilərdəndir. O, həmişə hansısa xəyanətkar razılaşmaların olduğunu vurğulayıb.

İsaqulyan sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanmışdı. Onu dekabrın sonlarında Paşinyana qarşı qəsd çağırışlarına görə saxlamışdılar. Partiya rəhbəri baş nazirə qarşı bunu gerçəkləndirən şəxsə ya milli qəhrəman adı, ya da 1 milyon dollar verilməli olduğunu söyləmişdi. Ona zorakılığa açıq çağırışa görə iş də açılmışdı.

İsaqulyan hələ SSRİ dövründə Ali Sovetin deputatı olub. Müstəqillik dönəmində isə o, bir müddət prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində işləyib.

Xatırladaq ki, sərhədlərin demarkasiyası Ermənistanda böyük etirazlara səbəb olub. Dəqiqləşdirmə nəticəsində Ermənistanın zəbt etdiyi bir sıra ərazi vahidləri Azərbaycana qaytarılır. Bəzi müxalifət nümayəndələri zaman-zaman Zəngəzurun Azərbaycana verilməsi barədə gizli planın olduğunu iddia edirlər.