​"Qarabağ"ın rəqibinin prezidenti öldü

Baxış sayı:
1222

Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.
Muxalifet.az-ın yaydığı xəbərə görə, 20 yaşında olarkən xərçəng aşkarlanan Kapski o vaxtdan şişlə mübarizə aparıb.
Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub. Borisov təmsilçisi 14 dəfə Belarus çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.
Xatırladaq ki, bu mövsüm BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov klubu öz meydanında 1:1 heç-heçə ilə “Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdırıb.