“Qarabağ”ın rəqibi məlum oldu - CÜTLÜKLƏRİN SİYAHİSI

Bu gün Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı püşkatma mərasimi keçirilib.
 
İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada təmsilçimiz “Qarabağ”ın rəqibi məlum olub.
 Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.
 Digər cütlüklər isə bunlardır:
“Olimpiakos” (Yunanıstan) - “Riyeka” (Xorvatiya)
“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan)
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
APOEL (Kipr) - “Slaviya” (Çexiya)
“Maribor” (Slovaniya) -  “Hapoel” (Beyer-Şeva, İsrail)
 “Sevilya” (İspaniya) - “Başakşəhər” (Türkiyə)
“Napoli” (İtaliya) -“Nitsa” (Fransa)
“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya)
MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə)
“Sportinq” (Portuqaliya) -“Styaua” (Rumıniya)
Lent.az