“Qarabağ”ın rəqibi derbidə uduzdu

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” bu gün ölkə çempionatında növbəti oyuna çıxıb.
 
Paytaxt təmsilçisi 4-cü turda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbidə "Kopenhagen" 0:1 hesabı ilə uduzub.
"Brondbü" - "Kopenhagen" - 1:0Qol: Tibbling, 90
Qeyd edək ki, 4 oyundan 5 xalı olan “Kopenhagen” 8-ci, 9 xala malik “Brondbü” 2-ci yeri tutur.
Xatırladaq ki, “Brondbü” “Qarabağ”a tanış rəqibdir. Bu il iyulun 2-də bu komandalar Avstriyada yoxlama oyununda qarşılaşıb . Görüşdə danimarkalılar 5:1 hesabı ilə qələbə qazanıblar.