​"Qarabağ"ın rəqibi bu gün bəlli olur

Baxış sayı:
3241

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Muxalifet.az-ın xəbərinə görə, keçiriləcək 36 qarşılaşma ilə pley-off mərhələsinə yüksələn komandalar bəlli olacaq.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq turnirlə vidalaşan “Qarabağ”ın da Avroliqanınn pley-off-undakı rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi "Valür” (İslandiya) - "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Moldovada keçirilən ilk görüşdə “Şerif” 1:0 hesablı qələbə qazanıb. Bu dəfə isə komandalar İslandiyada üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.