​“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu

Baxış sayı:
5896

Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması avqustun 5-də gerçəkləşəcək.
Muxalifet.az-ın məlumatına görə, püşkatmaya qatılacaq komanda və cütlərin tam tərkibi bəlli olub.
II təsnifat mərhələsi başa çatdıqdan sonra püşkdə iştirak edəcək 8 cüt dəqiqləşib. Daha iki cüt və iki komanda isə öncədən məlum idi.
Azərbaycan çempionu “Qarabağ” Kipr APOEL-i ilə cütlükdə püşkatmaya qatılacaq. Rəqib daha reytinqli olduğundan cütlük kiprlilərin əmsalına əsasən səbətə bölünüb. Təmsilçimizin cütü səpələnməmişlərdən olub.
Qeyd edək ki, bu cütlər həm də Avropa Liqasının pley-offuna qatılacaq. Çünki uduzanlar mübarizəni ikinci dərəcəli turnirdə davam etdirəcəklər. Lakin Avropa Liqasında III təsnifat mərhələsinin bütün cütləri hələ dəqiqləşməyib.
Çempionlar Liqası
Pley-off mərhələsinin püşkatması
Çempionlar yolu
Səpələnmişlər
ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
”Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)
Səpələnməmişlər
“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)
Liqa yolu
Səpələnmişlər
“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)
Səpələnməmişlər
“Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) - LASK (Avstriya)