​"Qarabağ"ın matçında gərginlik: 2 qol, 2 qırmızı...

Baxış sayı:
1972

Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ” və “Keşlə” klubları üz-üzə gəliblər.

Muxalifet.az xəbər verir ki, gərgin keçən matç 1:1 hesabı ilə başa çatıb. Oyunda qolları Riçar Almeyda (57) və Savik Alxasov (34) vurub.
“Qarabağ”ın heyətində Coşqun Diniyev, “Keşlə”də isə Sezar Meza Kolli 60-cı dəqiqədə qırmızı kart görüb.
Bu nəticədən sonra lider “Qarabağ” xallarının sayını 50-yə, Keşlə isə 17-yə çatdırıb.