"Qarabağ”ın futbolçusu: "Dedilər ki, Ermənistana uduzsan, geri qayıtma"

"Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik".

bu sözləri Ermənistanla oyuna hazırlaşan Albaniya millisinin düşərgəsində olan "Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

Albaniya mətbuatına danışan Ansi Azərbaycan - Ermənistan münaqişəsini unutmayıb: "Məlum məsələdi ki, "Qarabağ"da oynadığımdan bu matç mənim üçün önəmlidi. Klubda mənə deyildi ki, uduzsan, geri qayıtmaya bilərsən. Təbii ki, bu, zarafatdı. Ötən seçmə mərhələdə erməniləri məğlub edəndə klubdan mənə xüsusi mükafat verdilər. Ola bilsin ki, bu dəfə də qalib gələcəyimiz halda məni Azərbaycanda yenə mükafatlandıracaqlar”.