​"Qarabağ"ın futbolçusu Albaniya millisinin heyətinə çağırılmadı

Baxış sayı:
4489

"Qarabağ" klubunun futbolçusu Ansi Aqolli Albaniya milli komandasının heyətinə çağırılmayıb.
Muxalifət.az xəbər verir ki, yığmanın baş məşqçisi Kristian Panuççi 24 futbolçudan ibarət siyahıya 36 yaşlı futbolçunu daxil etməyib. 45 yaşlı mütəxəssis millinin təlim-məşq toplanışı üçün bəzi gənc futbolçulara dəvət göndərib.
Qeyd edək ki, Albaniya yığması martın 26-də Norveç millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Xatırladaq ki, Ansi Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir. Təcrübəli müdafiəçi yığmada 73 oyuna çıxıb və 3 qola imza atıb. / goal.az/