​"Qarabağ"ın Avropa matçına neçə min bilet satılıb?

Baxış sayı:
1642

BATE-ylə matça 15 min bilet satılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
"Biletləri fan-şopumuzdan (Park Bulvar), Respublika stadionunun kassalarından, 28 Malldan və onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz", - məlumatda bildirilib.
Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ"-BATE matçı avqustun 7-si, saat 21:00-da baş tutacaq.