​“Qarabağı Ermənistanla birləşdirəcək 3-cü yol planlaşdırma mərhələsindədir...”

Baxış sayı:
21420

Biz Lazıma ümid edib tərpənincə ermənilər torpaqlarımıza dəmir yolu da çəkəcək... Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “şəhərsalma naziri” hesab edilən Karen Şahramanyan ad-soyadlı məxluq Ermənistanla Qarabağı birləşdirəcək yeni yolların tikintisindən danışıb. Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, dünən –sentyabrın 4-də keçirdiyi mətbuat konfransında K.Şahramanyan Ermənistanın müvafiq qurumlarının bir neçə marşrut variantı üzrə(Qafan-Zəngilan-Cəbrayıl-Hadrut, Kəlbəcər-Zod-Norabak, Gorus-Xınzirək- Qubadlı və s.) araşdırma apardığını bildirib. Separatçı məmurun sözlərinə görə, həmin araşdırmaların nəticələri işğalçı ölkənin Müdafiə Nazirliyinə təqdim edilib. “Qarabağı Ermənistanla birləşdirəcək 3-cü yol planlaşdırma mərhələsindədir...” -deyə K.Şahramanyan əlavə edib. Xatırladaq ki, bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan işğalçı ölkəni işğal altındakı Azərbaycan əraziləri ilə birləşdirəcək 150 km-lik 3-cü yolun çəkilməsi üçün Paşinyan hökumətinin vəsait ayırdığını bəyan edib. P.S. Biz Lazıma ümid edib guya Qarabağın azad edilməsi yolları üstündə baş sındırınca ermənilər torpqlarımıza 10 avtomobil yolu, üstəlik, dəmir yolu da çəkəcək...