​“Qarabağ”dan “Roma”ya təbrik, “Barselona”ya ATMACA

Baxış sayı:
3046

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasınının qrup mərhələsində rəqibi olmuş İtaliyanın “Roma” klubunu bu turnirin yarımfinalına yüksəlməsi münasibəti ilə təbrik edib.
Hurriyyet.org xəbər verir ki, Ağdam klubunun “Facebook"dakı rəsmi səhifəsi vasitəsi ilə yayımlanan təbrik mesajında bunlar qeyd olunub: “Bizi məğlub etmək “Barselona”nı udmaqdan çətindi. Təbriklər əziz dostumuz, “Roma”.
Qeyd edək ki, ilk matçda “Barselona”ya səfərdə 1:4 hesabı ilə uduzan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gələrək yarımfinala adını yazdırıb.