"Qarabağ"dan növbəti qələbə

Baxış sayı:
993

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış bir oyun keçirilib.
Muxalifet.az xəbər verir ki, debütant "Səbail” lider "Qarabağ”ı qəbul edib.
"Bayıl Arena”da baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinə 3 xal qazandıran qollara 57-ci dəqiqədə Pedro Enrike, 69-cu dəqiqədə isə penaltidən Dani Kintana imza atıb.
Bu qələbədən sonra xalını 37-ə çatdıran "Qarabağ" zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Səbail" isə 13 xalla 6-cı pillədədir.
Qeyd edək Azərbaycan Premyer Liqasında növbəti - XV turun oyunları 2018-ci il 10 - 11 fevralda keçiriləcək.