"Qarabağ"dan MÖHTƏŞƏM UĞUR: ardıcıl 6-cı dəfə... - YENİLƏNDİ

Baxış sayı:
574

"Qarabağ" komandası 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi buna pley-off mərhələsində Şimali İrlandiya "Linfild"ini iki oyunun yekununda üstələyərək nail olub. Belfastdakı ilk matçda 2:3 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı cavab görüşündə qələbəyə nail olub - 2:1. Hesabı 6-cı dəqiqədə Xayme Romero açıb. 88-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ın ikinci qolunu vurub.

"Linfild" uzatma dəqiqələrində təsəlli qolunu vurub. İki oyunun yekununda topların nisbəti bərabər olsa da, "Qarabağ" səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayıb.

Qeyd edək ki, "Qarabağ" 6-cı dəfə avrokuboklarda qrupa yüksəlib. Bunların birində Azərbaycan klubu Çempionlar Liqasında çıxış edib.

***

18:46

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Qarabağ" və Şimali İrlandiyanın "Linfild" komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

“Qarabağ”: 1. Vaqner Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye

“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Stefan Fallon, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.

***

08:45

“Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Qarabağ” ilk görüşdə uduzsa da, səfərdə vurulan 2 qolu üstünlük saymaq olar. Ağdam təmsilçisinin 1:0 və 2:1 hesablı qələbəsi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması üçün kifayət edəcək.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya)

Baş hakim: Sergey İvanov

Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko

Dördüncü hakim: Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu