​"Qarabağ"dan çətin qələbə

Baxış sayı:
2644

Sentyabrın 14-də Topaz Premyer Liqasının dördüncü turuna start verilib.
Muxalifet.az xəbər verir ki, “Azersun Arena”da keçirilən turun açılış oyununda son çempion “Qarabağ” klubu “Sumqayıt” komandasını qəbul edib.
Oyunda hesab 21-ci dəqiqədə açılıb. Belə ki, Araz Abdullayevin qapıya vurduğu zərbə zamanı top "Sumqayıt" klubunun müdafiəçisinin əlinə dəyib. Oyunun baş hakimi İnqilab Məmmədov yan hakimlə məsləhətləşəndən sonra 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Filip Ozobiç fürsəti əldən verməyib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Fasilədən sonra oyunun favoriti sayilan "Qarabağ" klubu rəqibin qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 61-ci dəqiqəsində ağdamlıların hücumçusu İnnosent Emeqara qapıçı ilə təkbətək qalsa da zərbəsi dəqiq olmayıb. Oyunun 70-ci dəqiqəsində "Sumqayıt" klubun futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Beləliklə, görüş "Qarabağ" klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.