​“Qarabağ”dan bəyanat: “Çelsi” ilə oyuna gəlmək istəyən...

“Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda keçiriləcək “Çelsi” ilə oyundan əvvəl bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, klubun rəsmi saytında yer alan bəyanatda deyilir:
“Qarabağ”-“Çelsi” matçı üçün akkreditasiyadan keçən media nümayəndələri 20 noyabr, saat 14:00-dan 19:00-a qədər və 21 noyabr, saat 11:00-dan 19:00-a qədər vəsiqələrini Bakı Olimpiya Stadionunun media mərkəzindən ala bilərlər”.
Qeyd edək ki, “Qarabağ”-“Çelsi” oyunu noyabrın 22-si, saat 21:00-da start götürəcək.