​Qarabağdakı separatçılar İrəvana qarşı: Ermənilər bir-birini QIRIR

Baxış sayı:
7543

Ermənistanda Nikol Paşinyan komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim arasında qarşıdurma davam edir. Separatçı rejimə bağlı “siyasi qruplar” keçmiş prezident Robert Koçaryana qarşı qaldırılan cinayət işinə xitam verilməsini tələb edirlər. Erməni şərhçi Sərkis Artsruni isə bu tələbi Paşinyan hökumətinə qarşı sui-qəsd olaraq qiymətləndirib. Onun iddiasına görə, keçmiş hakimiyyət Paşinyana qarşı Qarabağ rıçağından sona qədər istifadə etmək niyyətindədir: “Hətta qarşıdurmanın aktiv fazaya keçməsi ehtimalı hər keçən gün daha da artır. Qarabağdakı “parlamentin” üzvü olan “siyasi partiyalar”ın Koçaryana qarşı açılan cinayət işinin ləğv edilməsi haqqında bəyanatı bu ehtimalı gücləndirir. Burada Rusiya faktoru də var və Rusiya prezidenti Vladimir Putinin Koçaryanın ad günün xüsusi olaraq təbrik etməsi bu proseslər fonunda heç də təsadüfi deyil”. Erməni şərhçi hesab edir ki, Qarabağdakı separatçılarla İrəvan arasındakı uçurum dərinləşir və sonda bunun mənfi nəticələri ola bilər./Publika.az