Qarabağdakı işğalçı ordunun yeni komandanı o oldu - KAREN ABRAMYAN

Baxış sayı:
4975

Qarabağın separatçı ordusunun "müdafiə naziri", general-mayor Levon Mnatsakanyan istefaya göndərilib.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, xəbəri erməni KİV-i yayıb.
İnformasiyaya əsasən, onun yerinə general-mayor Karen Abramyan təyin edilib. K.Abramyan əvvəllər Ermənistan silahlı qüvvələrinin 5-ci ordusunun komandanı olub.
Cəlal Arutunyan isə Qarabağ separatçı ordusunun qərargah rəhbəri təyin olunub.