Qarabağda yüzlərlə insanı ölümdən xilas edən ŞƏXS VƏFAT ETDİ - FOTO

Baxış sayı:
7234

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Səməd oğlu Zeynalov vəfat edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, uzun illər tibb sahəsində cərrah kimi çalışmış Ə.Zeynalov xəstəlik səbəbindən 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əvəz Zeynalov 22 dekabr 1935-ci ildə Laçın rayonunun Aşağı Fərəcan kəndində anadan olub.
1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-1974 -cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili alıb.
1988-ci ildən Laçın rayon mərkəzi xəstəxanasının baş cərrahı olub, 1500-dən çox cərrahiyyə əməliyyatları aparıb. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarıb. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə edib.
1992-ci ilin iyul ayından 2011-ci ilin avqust ayına qədər Bakı şəhəri Əfəndiyev adına 4 saylı klinik xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışıb.
Allah rəhmət eləsin.