​Qarabağda sakit müharibə gedir - "Əl-Cəzirə"

Baxış sayı:
2869

Əl-Cəzirə telekanalının əməkdaşı Azərbaycanın işğal altında olan ərazilərindən material hazırlayıb.
Muxalifet.az xəbər verir ki, beynəlxalq telekompaniyanın əməkdaşı Qas Palmer işğal zonasında yaşayan ermənilərin miskin durumundan bəhs edib.
Jurnalist Ağdərə rayonundakı hərbi hissələrdən birinin komandirinə istinadən bildirib ki, “buradakı ordu həmişə döyüşə hazırdır”. Müəllif qeyd edib ki, Dağlıq Qarabağda “sakit” müharibə gedir. Palmer 2016-cı ilin aprel döyüşlərinə də toxunub.
Ermənistanın cinayətkar hakimiyyətinin və Qarabağdakı separatçıların yaratdığı acınacaqlı durumun qurbanları ilə görüşən telekanal əməkdaşı Alişan kəndindəki köhnə hərbi qospitalda yaradılmış müvəqqəti yaşayış məskəninin qarşısında Marusya Babayan adlı erməni qadından bəhs edib. Məlum olub ki, bu qadın erməni ordusunun təxribatı nəticəsində baş vermiş aprel müharibəsi nəticəsində öz evindən məhrum olub. Bundan əlavə, jurnalist aprel döyüşlərində atasını itirmiş Armin adlı uşaqdan da bəhs edib. Eyni zamanda onun babasının 1990-cı ildə Qarabağ müharibəsində iştirakçı olduğunu qeyd edib. Ermənilərin halına acıyan telekanal əməkdaşı nədənsə bütün bu fəlakətlərə bais olan işğalçı Ermənistandan bəhs etməyə lüzum görməyib.
Yəqin ki, Əl-Cəzirə əməkdaşının adı Azərbaycan XİN-in “qara siyahı”sına salınacaq.