​Qarabağda erməni əsgər yoldaşını güllələdi

Baxış sayı:
3781

Qarabağın şimal hissəsində 1996-cı il təvəllüdlü erməni əsgəri Narek Adibekyan ölüb.
Muxalifət.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat verib.
Məlumata görə, Adibekyan həmkarının açdığı atəş nəticəsində ölümcül yara alıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. İstintaq başladılıb.