Qarabağda erməni əsgər MİNAYA DÜŞDÜ: 3 gündə 4 yaralı

Baxış sayı:
8824

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində düşmən ordusunun qanunsuz yerləşdirilən “N” saylı hərbi hissəsinin əsgəri minaya düşüb. 
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, sol ayağından və üzünün sol nahiyyəsindən yaralanan erməni əsgəri Qevork Ovanisyan Ermənistan Müdafiə Nazirliyinin İrəvandakı hərbi hospitalına gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Bu gün həmçinin, qarın nahiyyəsindən güllə yarası alan erməni əsgərin də hospitala yerləşdirildiyi qeyd olunur. Bununla da, son 3 gün ərzində müxtəlif xəsarətlər alaraq xəstəxanaya gətirilən erməni hərbçilərin sayı 4-ə çatıb.