​Qarabağda erməni hərbçisi ağır yaralandı

Baxış sayı:
916

Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi müəmmalı şəkildə yaralanıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artrun Ovanisyan bildirib.
İnformasiyaya əsasən, əsgər Ernest Ovanisyan ötən həftə Yerevanın Nor Nork rayonundan hərbi xidmətə çağırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Ermənistan ordusunun yaralı hərbçisi hospitala yerləşdirilib. Onun vəziyətinin ağır olduğu bildirilir.