"Qarabağda ədaləti özümüz bərpa etməliyik" – POLİTOLOQ

"Ermənistan XİN-nin rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Füzuli istiqaməti Azərbaycana təzyiq vasitəmizdir. Azərbaycan öz torpaqlarını azad etmək iddiasından vaz keçməsə gələcəkdə də bu cür ana və uşaq, nənə və uşaq ölümləri davam edəcək".
Muxalifet.az xəbər verir ki, bu sözləri Sfera.az-a cəbhədə baş verənlərlə bağlı danışarkən politoloq Natiq Miri deyib.
Politoloqun sözlərinə görə, ermənilər uşaq qatili kimi dünyaya bilavasitə özlərini ona görə götərirlər ki, dünyada cəzasızlıq, ədalətsizlik sistemi hökm sürür:
"Bir suriyalı uşaqdan ötrü əgər dünya ayağa qalxmışdısa, iki yaşlı körpənin qanına qaltan olunması hadisəsi və bunun fonunda şəkillərin bütün dünya mediasında yayılmasına baxmayaraq, hələ də Azərbaycanın xarici ölkələrdəki səfirliklər səviyyəsindən kənarda dünya ictimaiyyəti susmaqda davam edir. Bu, çox ciddi göstəricidir və Azərbaycan hakimiyyətinə dərs olmalıdır. O mənadakı biz ədaləti kənarda və dünya güclərində axtarırıqsa, hələ 24 il də bundan sonra bu cür dəhşətli hadisələrlə, ədalətsizliklərlə üzləşəcəyik. Artıq Azərbaycan özü proses yaratmağı bacarmalıdır ki, dünya yaratdığımız prosesin arxasınca sürünmək məcburiyyətində qalsın. Yoxsa ki, bütün zamanlarda olduğu kimi biz bu cür xoşagəlməz proseslərin arxasınca sürünməli olacağıq".

Politoloq qeyd edib ki, ermənilər ciddi səviyyədə dünya çapında təzyiqlər olunacağını zənn etsəydilər, mülki şəxsləri qətlə yetirməzdilər:
"Onlar geo-siyasi alətdilər və havadarlarına güvənib rahatlıqla iyrənc əməllər törədirlər. Biz ədaləti özümüz bərpa etməliyik. 24 ildir ki, Emənistan cəzasız qalıb, bundan sonra da hansısa ədaləti gözləməyimiz bizim yalnışlığımızdır. Bütün sualların cavabı Azərbaycanın silahındadır. Bu silahlar və cəsarətli əsgərimiz bizi qələbəyə aparana qədər, Ermənistana qarşı hərbi-siyasi təzyiqi davam etdirməliyik. Çünki Ermənistanı kimsə cəzalandırmaq istək və arzusunda deyil. Dünyanın bütün strukturlarını idarə edən əsas güc xristianlardır. Onlar da da bir xristianlıq həmrəyliyi mövcuddur. Hətta xristian dünyasında İslam düşmənçiliyi də hökmrandır".
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı (nənə və nəvə) həlak olublar. Qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.