Qarabağda daha bir erməni əsgəri öldü

Baxış sayı:
3460

Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz xidmət keçən erməni əsgərin meyiti tapılıb. 
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, erməni əsgərin cəsədi bu gün səhər saat 10:50 radələrində Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunun cənub-şərq istiqamətindəki hərbi hissələrinin birində aşkarlanıb. 
Ölən erməni hərbçisinin Qevork Aroyan olduğu bildirilir. Qeyd olunur ki, o, naməlum şəraitdə aldığı ağır güllə yarasından ölüb. Ona əsgər yoldaşları tərəfindən atəş açıldığı istisna edilmir. Hazırda hadisənin baş vermə şəraiti və detalları araşdırılır.