Qarabağda bir ayağını itirən döyüşçünün evi qəzalı vəziyyətdədir: “2012-ci ildən ev növbəsində olsam da…” – PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
13405

Göyçay rayonu, Şəkili kənd sakini, 1-ci qrup Qarabağ müharibsi əlili Məmmədov Vaqif Alşan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır: “Mən Qarabağın azadlığı uğrunda gedən döyüşlər zamanı sağ ayağımı itirib, 1-ci qrup əlil olmuşam. Ailəliyəm, himayəmdə 4 övladım var. Sağ ayağımın olmaması mənə çox əziyyət verir. Çünki evim qəzalı vəziyyətdə olmasına görə əziyyət çəkirəm. Evim çiy kərpicdən inşa edilib deyə, hazırda aşılanıb qəzalı vəziyyətə düşüb. Birinci mərtəbəsi zirzəmi olduğu üçün ikinci mərtəbədə yaşayıram. Hər dəfə ikinci mərtəbəyə çıxıb-düşəndə ayağımın olmamasına görə çox əziyyət çəkirəm. Evim qəzalı vəziyyətdə olduğu üçün hər an uça bilər ki, buna görə həyat və sağlamlığımız ciddi təhlükə qarşısındadır. Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən pulsuz ev inşa edilib verilir ki, buna görə cənab prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mən də 2012-ci il tarixdə ev növbəsindəyəm. Hazırda 12-ci növbədə mənəm. İstəyim və xahişim odur ki, səhhətimi, evimin qəzalı vəziyyətdə olmasını, ayağımın olmamasını nəzərə alıb, mənə bu il mənzil inşa edib versinlər. İnanıram ki, Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva mənim bu müraciətimə müsbət cavab verib, problemin həllində yaxından köməklik göstərəcəklər. Çünki biz Qarabağ müharibəsi əlillərinin yeganə ümüd yerimiz bu möhtərəm şəxslərdir”. Muxalifet.az P.S. Mövzunu diqqətdə saxlayacağıq.