​Qarabağda Azərbaycan üçün abidə ucaldan Baqdasaryan və erməniləri QƏZƏBLƏNDİRƏN ADDIM

Baxış sayı:
12622

Bu günlərdə Dubayda keçirilən illik festivalda Azərbaycan pavilyonu Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağda yerləşən “Biz və bizim dağlar” abidəsi formasında verilib.
Bu addım ermənilərdə böyük qəzəb yaradıb. Ermənilər abidənin erməni abidəsi olduğunu iddia edirlər.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu Azərbaycana məxsus abidədir: “Bu abidənin məhz Azərbaycan abidəsi olması barədə mən 16 fevral 2010-cu ildə day.az sayıtında rus dilində gedən “Город Ханкенди - жемчужина Азербайджана” (“Xankəndi şəhəri - Azərbaycanın mirvarisidir” məqaləsində yazmışdım:
“1967-ci ildə Xankəndi yaxınlığında, Əskəran rayonu ərazisində heykəltəraş Sarkis Baqdasaryanın “Biz və bizim dağlar” monumental abidəsinin açılışı oldu. Abidə qısa zamanda həm yerli əhali, həm də Azərbaycan cəmiyyəti tərəfindən sevildi və hal-hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi sayılır. Abidənin erməni əsilli heykəltəraş tərəfindən yaradılması onu avtomatik olaraq Ermənistanın mədəni sərvəti etmir. Abidə Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan ərazisində yaradılıb, ona görə də Azərbaycan mədəni sərvəti sayılır. İstənilən mədəniyyət abidəsi ərazisində yaradıldığı ölkənin sərvəti hesab edilir və bu prinsip bütün dünyada qəbul edilib və mübahisə doğurmur”./