​Qarabağda 265 azərbaycanlı qadın itkin düşüb

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.
Muxalifet.az-ın apa-ya xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (AQUPDK) Hicran Hüseynova “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.
 
H. Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb: “98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir”.