​“Qarabağ”a “əzik” deyən jurnalistdən SENSASİON PAYLAŞIM – “Erməni olmaq şərəfdir” – FOTOFAKT

“Sabah” qəzetində “Ezik kareoqrafi” başlığı ilə xəbər yazan jurnalistin daha bir erməni xisləti üzə çıxıb.
Muxalifet.az A24.az-a istinadən xəbər verir ki, “Qarabağ”ı təhqir edən jurnalist Mevlut Tezelin daha bir iyrənc paylaşımı üzə çıxıb. O, 15 aprel tarixində (Aprel döyüşlərindən sonra və 24 aprel Qondarma Erməni Soyqırımının ildönümünə bir neçə gün qalmış) Tvitter hesabında paylaşım edərək, ermənilərə olan sevgisini bildirib:
“Erməni olmaq şərəfdir. Erməni qardaşlarımı çox sevirəm. Onları hər mövzuda dəstəkləməyə hazıram!”