"Qarabağa qayıtdıqda Bakı ilə əlaqə saxlamaq istədim, lakin..." - ERMƏNİ JURNALİST KİMDƏN NARAZIDIR...

Baxış sayı:
3352

Xəbər verdiyimiz kimi, noyabrın 17-21-də Ermənistan jurnalistləri Azərbaycana, azərbaycanlı jurnalistlər də qarşılıqlı şəkildə Ermənsitana səfər ediblər. Erməni KİV-lərinin yazdıqlarından aydın olur ki, səfər Rusiya XİN başçısı Lavrov tərəfindən "Ermənistan, qondarma “DQR” və Azərbaycan jurnalistlərinin tədbiri" kimi planlaşdırılıb
Lavrovun təşkil etdiyi iddia olunan bu səfərin dövlətimizə qarşı nə qədər təxribat xarakter daşıdığını göstərmək üçün Bakıya gələn erməni jurnalistin dediklərinə diqqət edək. Hansı ki, bu jurnalist Lavrovdan ilham alıb, bizi “dırnaqarası” belə, adlandıra bilir. Bu isə orataya belə bir sual çıxarır: bu cür tədbirlər münaqişənin həllinə müsbət təsir göstərə bilərmi? 
Səfərdən bir neçə gün sonra dırnaqarası “Azərbaycan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” QHT-nın sədri Tural Gəncəliyev təxribatçı şərhlər verdi", - deyə qarşıqlıqlı səfərdə qondarma "Dağlıq Qarabağ"ı təmsil edən Edqar Elbakyan “Artsaxpress”-ə müsahibəs verib. 
- Cənab Elbakyan, bu nə proqram idi, necə təşkil olunub?
- Bu proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan Respublikası, “DQR” (qondarma - müəl.) və Azərbaycanın müfaviq nazirliklərinin iştirakı ilə hazırlanaraq, həyata keçirilib. Humanitar sahədə bu cür tədbirlərin keçirilməsinə dair razılıq martın 29-da Nikol Paşinyan və İlham Əliyevin görüşü nəticəsində əldə olunub.
- Səfərdən 5 gün sonra Tural Gəncəliyev qeyd etdi ki, erməni jurnalistlərlə görüşdə rəhbərlik etdiyi dırnaqarası “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” da iştirak edib. Bunu necə şərh edərdiniz?
- "DQR” (qondarma - müəl.) tərəfindən mən proqramda "Qarabağ İctimai TV"-nin jurnalisti kimi iştirak etdim. Təbii ki, bu, həm proqramın hazrıanması mərhələsində, həm də proqram ərzində aydın idi və Azərbaycan tərəfi bundan xəbərdar idi.  Üstəlik, Qarabağın və mənim iştirakımla bağlı ATƏT-in fəaliyyatda olan səxsi nümayəndəsinin ofisi ilə “Dağlıq Qarabağın Xarici İşlər Nazirliyi" (qondarma - müəl.) əlaqə saxlamışdı. Bu isə o deməkdir, layihədə rəsmi Xankəndi də iştirak edib. Onların “icmasına” gələndə isə, qeyd etmək lazımdır ki, Azərbaycanın daxili  qaydalarına görə, onun QHT statusu var və noyabrın 18-də üçümüz və onların QHT-ləri və ekspertləri ilə görüşdə həmin QHT-dən də bir şəxs iştirak edib. O, özünü QHT-nın sədr müavini Aybəniz İsmayılova kimi təqdim etdi.
- Qeyd olunan QHT-dən yalnız o iştirak edib?
- Bəli. Tural Gəncəliyev “REAL TV”-yə müsahibəsində  qəsdən və ya bilməyərək deyib ki, “…icma üzvlərimiz erməni jurnlaistləri ilə görüşdə iştirak edib”. Bu, yalandır. Görüşdə yalnız xanım İsmayılova iştirak edib.
- Görüş ərzində həqiqətən əlaqə saxladınızmı? Azərbaycan tərəfinin iddiaları bu baxımıdan doğrudurmu?
- Bəli. Həm həmkarlarımızım, həm də mənim o xanımla söhbət etmək və danışmaq imkanımız oldu. Üstəlik, ilk olaraq mən sual verdim. Mənim sualım onların qaçqınlarının ikinci nəslinin Azərbaycan cəmiyyətinə inteqrasiya, sosial-təhsil statusu və karyera seçimlərinə aid idi. Sualıma cavab olaraq eşitdiklərim çox sevindirci idi. Ən azından Bakı və yaxınlarında məskunlaşanların varisləri sadəcə Azərbaycanın dövlət təbliğatı çərçivəsində qaçıqın olurlar, reallıqda isə onlar cəmiyyətin tam və bəzən də çox uğurlu üzvləri olan insanlardır. Bu, həm sadə insan münasibətləri kontekstində, həm də münaqişənin transofrmasiya kontekstində sevindirici haldır.
- Bu cür qısa münasibətlərin “iki icma arasında dialoq” kimi adlandırılmasını necə qiymətləndirdiniz?
- Bu, saxta və süni şəkildə siyasiləşdirilən bir yanaşmadır. Bir daha təkrar edirəm ki, orada "Qarabağın İctiami TV"-ni təmsil etdim, o xanım isə görüşdə digər QHT-lərdən birinin üzvü idi.
Eyni məntiqə görə, mənim onunla təmasımı “DQR” (qondarma - müəl.) əhalisinin və “QDR”in etnik azərbaycanlı “diasporu” arasında dialoqun başlanğıcı kimi təsvir etmək olur. Yeri gəlmişkən, qeyd edək ki, bu iddia cənab Gəncəliyevin dediklərindən daha da çox həqiqətə uyğun olardı. Mən Azərbaycan dövlət təbliğat maşınının humanitar sahədə keçirilən bu səfərdən maksimum siyasi divident qazanmaq cəhdlərini başa düşürəm. Lakin bunlar faydasızdır. 
Onu də qeyd etmək lazımdır ki, həqiqətən isti dialoqdan sonra Ermənistana qayıtdıqda sosial şəbəkə vasitəsilə xanım İsmayılova ilə əlaqə saxlamaq istədim. Lakin qəbul etməyib. Azərbaycanlıların "Qarabağ xalqı" ilə dialoqa hazır olub-olmamasına dair göstəricilərindən biri T. Gəncəliyevin uydurmaları yox,  məhz budur.
- Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva qeyd etdi ki, özünüzü necə təqdim etdiyinizdən asılı olamayaraq, hüquqi baxımından siz Azərbaycan vətəndaşısınız...
- Bu, onun işdir, ona görə də yanaşmam normaldır. Başqa  bir şey deyə bilməzdi. Əminəm ki, pasportumu görmədən də xanım Abdullayeva hansı ölkənin vətəndaşı olduğumu çox yaxşı bilir.
- Bu cür proqramar davamlı ola bilərmi və hansı hallarda?
- Əlbəttə ki, ola bilər. Amma qarşı tərəfin mümkün olduğu qədər prosesin siyasiləşmiş (həm də faktları təhrif edərək) şərhlərindən çəkinməsi çox vacibdir. Mən Azərbaycan dövlət aparatında olan bütün məhdudiyyətləri çox yaxşı başa düşürəm. Lakin əminəm ki, ağıl və peşəkarlıq ön planda olmalıdır.
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA,
Muxalifet.az