Qarabağa hərbi xidmətə getmək istəməyən ermənistanlı gənc İNTİHAR ETDİ

Baxış sayı:
5143

Bu günlərdə Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub.

İşğalçı orduda baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən xidmətdən imtina etmək üçün ermənistanlı gənclər hər yola əl atırlar.

Muxalifet.az Azərtac-a istinadla xəbər verir ki, işğal altında olan Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxs isə çıxış yolunu intiharda görüb. Məlumatda bildirilir ki, 28 yaşlı Arman.T Artaşat magistralı yaxınlığında özünü ağacdan asaraq həyatına son qoyub.

Xəbərdə özünü öldürən Armanın cibindən məktub tapıldığı və orada intihara təşəbbüsün hərbi xidmətə Qarabağa göndərilməsinin səbəb olduğunun yazıldığı da bildirilir.