​"Qarabağ"a 45 dəqiqə kifayət etdi, "Sumqayıt" isə...

Baxış sayı:
2569

Bu gün Topaz Premyer Liqada 19-cu tura yekun vurulub.
Muxalifet.az-ın məlumatına görə, son oyun günündə daha 2 görüş keçirilib.
Debütant "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib. Altı oyundur məğlub olmayan və son turda "Qarabağ"dan bir xal alan Samir Abasovun komandası Avroliqaya vəsiqə şansını saxlamaq üçün səfər matçında üç xal qazanmalı idi ki, bunu da bacarıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüşdə isə lider "Qarabağ" son vaxtlar uğursuz çıxışlarla yadda qalan "Zirə"ni qəbul edib. Oyun Ağdam klubunun qələbəsi ilə başa çatıb - 2:0. Ağdam klubu ilk hissədə Kintana və Elvin Yunuszadənin qolu ilə matçın taleyini həll edib.