​Qarabağ xanlığının silahları tapıldı - Foto

Baxış sayı:
5680

Ağdam rayonunda 3 əsrdən çox yaşı olan qədim döyüş silahları tapılıb.
Muxalifet.az-ın verdiyi məlumata görə, yerli sakinlər tərəfindən aşkar edilən qılınc, nizə və ox ucları rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib.
Ağdam rayon Tarix Diyarşünaslıq Muzeyinin fond müdiri Xatirə Kərimova bildirib ki, Mahrızlı və Qaradağlı kənd sakinləri uzun illərdir evlərində saxladıqları qədim döyüş alətlərini muzeyə könüllü şəkildə təhvil veriblər. Hazırda həmin alətlər muzeydə eksponat kimi qorunub saxlanılır və nümayiş etdirilir.
Qədim döyüş silahları XVII-XVIII əsrə, Qarabağ xanlığı dövrünə aid olduğu ehtimal edilir.