"Qarabağ" üçün həlledici oyun - Start heyətlər AÇIQLANDI - YENİLƏNİR

Baxış sayı:
6064

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belarusun BATE klublarının start heyətləri açıqlanıb.

Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov ilk dəfə islandiyalı qapıçı Hannes Halldorssonun xidmətindən yararlanacaq. Bundan başqa 18-likdən kənar qalan Dani Kintananı daha bir yeni transfer Con Delarj əvəzləyib.

"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

Ehtiyat oyunçular: 13. Vaqner, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filopiviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k.), 25. Dmitri Baqa, 42. Maksim Volodko

Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skavış, 23. ZaxarBolkov, 24. Yasse Tuominen, 45. Vladislav Muxamedov

Baş məşqçi: Aleksey Baqa

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq.

***

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində oyunlara start veriləcək.

Qeyd edək ki, turnirdə ölkəmizin yeganə təmsilçisi “Qarabağ” da ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Matç “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Qarşılaşmanı16 000-dən çox azarkeş stadiondan izləyəcək.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

7 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

İlk oyun

21:00. "Qarabağ” (Azərbaycan) - BATE (Belarus)

Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu