“Qarabağ” üçün güclü rəqib - Püşk atıldı

Baxış sayı:
4363

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. “Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Püşkatma nəticəsində APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək. Qeyd edək ki, səpələnməmişlər səbətində yer alacaq cütlüyün rəqibi səpələnmişlər səbətindəki nisbətən güclü komandaların biri olacaq: PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya) "Srvena zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka) "Dinamo" (Xorvatiya) - "Ferensvaroş" (Macarıstan) *** Atılan püşklə APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşib. Ağdam klubu APOEL səddini keçəcəyi halda PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.