​"Qarabağ" Türkiyədə ödül aldı, Gözəl gözəl çıxış etdi

Baxış sayı:
5641

Bu gün Türkiyədə "Milliyyət" qəzetinin təşkil etdiyi "64-cü idman mükafatları"nın təqdimat mərasimi keçirilib. Mərasimdə "Qarabağ" futbol klubu da mükafatlandırılıb.
Muxalifet.az-ın verdiyi xəbərə görə, "Qarabağ"a verilən mükafatı almaq üçün səhnəyə çıxan klub vitse-prezidenti Tahir Gözəl onun üçün doğma olan auditoriyada Azərbaycan dialektində çıxış edib, sonda isə "bura əliboş gəlməmişəm" deyərək böyük Azərbaycan şairi Nəsiminin qəzəlindən bir parça söyləyib:
"Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam".
Onu da qeyd edək ki, "Milliyyət"in versiyasına görə, "İlin idmançısı" digər azərbaycanlı, sprinter Ramil Quliyev seçilib.