“Qarabağ” stadionunu dəyişir

Baxış sayı:
661

“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələləri çərçivəsində oyunlarını “Dalğa Arena”da keçirəcək.
Ağdam klubu məlumat yayıb ki, “Qarabağ” I təsnifat mərhələdə “Partizani“ (Albaniya) klubunu və II mərhələyə yüksələcəyi təqdirdə növbəti rəqibini məhz bu stadioda qəbul edəcək.
Bildirilib ki, buna səbəb 21-27 iyul tarixləri arasında ölkəmizdə Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsidir. 
Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.