"Qarabağ" "Sivasspor"a uduzdu - YENİLƏNİB-2

Baxış sayı:
6678

"Qarabağ" komandası UEFA Avropa Liqasının I qrupunda növbəti matçını keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi oldu komanda Türkiyədə "Sivasspor"la üz-üzə gəlib.

"Yeni Sivas 4 Eylül" stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində ilk qolu 11-ci dəqiqədə Caner Osmanpaşa vurub. 88-ci dəqiqədə isə Olarenvaju Kayode fərqlənib. 

Bununla da ilk qələbəsini qazanan "Sivaspor" 3 xalla 3-cü pillədə möhkəmlənib. Ardıcıl 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan çempionu isə xalsızdır və sonuncu - 4-cü sıradadır.

I qrupunun digər matçında bu gün "Vilyarreal" İspaniyada İsrail "Makkabi"sini (Təl-Əviv") qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin IV turunda noyabrın 29-da evdə "Sivasspor"la qarşılaşmalıdır. Ağdam klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq ev oyunlarını neytral meydanda keçirir.

...

Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında hesab açılıb.

Belə ki, 11-ci dəqiqədə Türkiyə təmsilçisi hesabda önə keçib. 

Meydan sahiblərinin heyətində Caner Osmanpaşa fərqlənib.

21:55

Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçı start götürüb.

“Yeni Sivas 4 Eylül" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayıb.

Qeyd edək ki, I qrupunun digər oyununda "Vilyarreal" İspaniyada İsrail "Makkabi"sini (Təl-Əviv) qəbul edəcək. Həmin matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.