“Qarabağ” “Sevilya”ya qarşı

Baxış sayı:
9316

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək. Öllkəmizin bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da oyuna çıxacaq.“Köhlən atlar” Avroliqanın beşqat qalibi “Sevilya”nı qəbul edəcək. İspaniya nəhəngi ilə ilk dəfə üz-üzə gələcək Qurban Qurbanovun komandasının bu matçda necə oyun göstərəcəyi maraqla gözlənilir. Qeyd edək ki, A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”la qarşılaşacaq. Avropa Liqası, A qrupu 19 sentyabr 20:55. “Qarabağ” – “Sevilya” Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.