“Qarabağ” “Şerif”ə qalib gəldi, pley-off mərhələsinə yüksəldi - VIDEO

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxıb.
 
Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə qələbəyə sevinib (1:2).
 Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu nəhayət keçə bilib. Əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” bu xoşagəlməz tendensiyanı qırıb.
 Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələn “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir.
 Beləliklə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub
 Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
 Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Badibanqa, 90+4 (pen.) - Ndlovu, 45+3, Miçel, 86
 Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. “Şerif” stadionu
İlk oyun – 0:0 /apa