"Qarabağ" - "Şerif" matçının vaxtı müəyyənləşdi

Azərbaycan komandası oyunun hazırlıqlarına başlayıb
 
Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Moldova “Şerif”i ilə keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.
Qarşılaşma iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 21:00-da başlanacaq. Cavab matçı isə bir həftə sonra keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" matçın hazırlıqlarına ötən gündən başlayıb. Klubun bazasında baş tutan çalışmalarda Gürcüstan "Samtredia"sı ilə cavab oyununda forma geyinmiş futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçiriblər.