"Qarabağ" "Samtredia"nı məğlub etdi

Matçda yeganə qolu 22-ci dəqiqədə Donald Gerye vurub
 
"Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan "Samtredia”sının qonağı olub.
Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 22-ci dəqiqədə Donald Gerye vurub. O, cərimə zərbəsindən topu birbaşa tora göndərib. Bununla da hər iki görüşdən qalib ayrılan "Qarabağ" ÇL-nin III mərhələsinə adlayıb.