​"Qarabağ" "Qəbələ"yə uduzdu, "Zirə" isə...

Baxış sayı:
12277

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.
Muxalifet.az xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gələn Qurban Qurbanovun komandası kubok matçında rəqibinə məğlub olub. Bununla da "Qəbələ" 1 həftə sonra keçiriləcək cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb.
Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağıdır. Premyer Liqamızda uğursuz mövsüm keçirilən hər iki komanda kuboku qazanmaqla bunu unutdurmağa çalışır. "Zirə" tarixində ilk dəfə yarımfinalda oynayır.
Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 1-də keçiriləcək.