​"Qarabağ" - "Qəbələ" görüşü bitdi - Yeniləndi

Baxış sayı:
2707

Fevralın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsinə yekun vurulub.
Muxalifet.az xəbər verir ki, XV tura “Zirə”-“Sumqayıt” oyunu ilə start verilib.
Zirə İdman Olimpiya Kompleksində keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 35-ci dəqiqəsində Tural Axundov hesabı açıb. Dörd dəqiqə sonra “Zirə”nin futbolçusu Vüsal İsgəndərli hesaba tarazlıq gətirib.
Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.
Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Günün növbəti görüşü “Qarabağ” və “Qəbələ” komandaları arasında “Azərsun Arena”da keçiriləcək.
Tura fevralın 11-də oynanılacaq “Keşlə”-“Səbail” və “Neftçi”-“Kəpəz” qarşılaşmaları ilə yekun vurulacaq.
Turnir cədvəlinə 37 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncü, “Neftçi” 16 xalla beşinci pillədə qərarlaşıb.
***
“Qarabağ” – “Qəbələ” komandaları arasında keçirilən turun mərkəzi qarşılaşmasında hesab açılmayıb.