Qarabağ qazisinin pensiyasını ələ keçirmək üçün "dəlixana"ya necə salıblar... - ŞOK AÇIQLAMA

Baxış sayı:
1300

"Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmişəm. Azərbaycan ordusunun zabiti olmuşam, amma 1 ildən artıqdır dəlixanaya atılmışam”.

Muxalifet.az xəbər verir ki, bu sözləri Criminal.az saytına 48 yaşlı Qazax rayon sakini, baş leytenant Araz İnayət oğlu Nəsibov deyib. Onun sözlərinə görə, vətən uğrunda döyüşüb, lakin sığınacağının psixatriya xəstəxanası olacağını heç vaxt ağlına gətirməyib: 

"1992 -1996-cı illər ərzində xidmət etmişəm. 2-ci qrup Qarabağ əliliyəm. Odun dağı və Qələmçədə gedən döyüşlərdə yaralanmışam. Xəsarətlərimə görə ordu sıralarından təxris olunmuşam. Bacım Aişə Əlisgəndərova pensiyamı və mülkümü ələ keçirmək üçün məni gətirib dəlixanaya atıb. Məni pul gücünə burda saxlayırlar. Özü həkimdir, rayonda Diaqnostika Mərkəzində işləyir, amma mənim pensiyamdan istifadə etmək üçün burda çürüdür. 800 manat pensiya alırdım”.

"Mənə dedi ki, gedək həkimə. Həkim adı ilə məni gətirib dəlixanaya qoydular. 1 il 3 aydır burdayam. Nə iynə-dərman verilir, sadəcə burda günümü keçirirəm. Evdə şərait düzəldib evlənmək istəyirdim. Nə vaxta kimi burda qalacam? Burdan çıxmağa köməklik edin. Bacım buranın baş həkimi ilə yaxındır. Burda pul verərək məni saxlatdırır. 2018-ci il yanvarın 18-dən bura salınmışanm. Deryirlər ki, bacın nə vaxt istəsə, o var buraxılacaqsan”-deyə A.Nəsibov deyir.

"Onun hərbi xidmətdə başı xarab olub"

İttiham olunan bacı, Aişə Əliisgəndərova isə Criminal.az saytına qardaşının yalan danışdığını bildirib. Deyib ki, onun hərbi xidmətdə başı xarab olub: "Bakıdan gələn qardaşımı döymüşdü. Polisin əli ilə gedib ora düşüb. Mən həkim adamam, onun pensiyası mənim nəyimə lazımdır? 700 manat maaş alıram. O nə deyirsə, yalandır. İstəyirsiniz xəstəxananın rəhbərinə zəng vurun, görün ki qardaşım bizi nə günə salmışdı, polisə zəng vurub aparıblar. Mənlik bir iş deyil, heç xəbərim olmayıb”. 

A.Əliisgəndərova bildirdi ki, qardaşının ucbatından xəcalət çəkir: "Heç istəyərəm ki, qardaşım dəlixanada qalsın. Anamın başın kəsirdi, qonşular əlindən alıb. Qardaşımı döyüb, polis çağırıblar aparıb. Arada çıxartmışdıq, qardaşım gələn kimi yenə dava saldı. Qonşular haraya gedib, bütün pilləkən qan içərisində idi. Mən elə də vicdansız adam deyiləm. Əslində onun ucbatından xəcalət çəkirəm. Yanına da getmirəm, utandığımdan. Onun müalicəsini də xəstəxanada Nailə həkim aparır”.

"Xəstəliyi var ki burdadır..."

Qazax Rayonlararası Ruhi Xəstəxanasın baş həkimi Ramiz Mansurov Criminal.az saytına bildirdi ki, bu səhiyyə müəssisəsində heç kim haqsız yerə qalmır: "Xəstəliyi var ki burdadır. O ki qaldı xəstənin müalicəsinə, biz kiməsə telefonla məlumat vermirik. Rəsmi dövlət qurumlarına ancaq cavab verə bilərik”. 

Xatırladaq ki, bir neçə gün əvvəl də Qazax rayonunda din adamı Mircəfər Hüseynzadə də həmin xəstəxanaya aparılmışdı. Yaxınları və özü iddia edirdi ki, rayon icra başçısı Rəcəb Babaşovun göstərişi ilə dəlixanaya atılıb. İlkin olaraq, M.Hüseynzadənin 1 ay məcburi müalicə olunacağı deyilsə də, onun başına gələnlər Criminal.az saytında ictimailəşəndən 5 gün sonra evinə buraxılıb.