Qarabağ qaziləri “Sputnik Azərbaycan”a ETİRAZ ETDİLƏR - "Erməni təbliğatına son qoyulsun!"

Baxış sayı:
8044

“Qarabağ qaziləri” Birliyi “Sputnik Azərbaycan”ın baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı bəyanat yayıb. Muxalifet.az-ın məlumatına görə, bəyanatda deyilir: “Xəbər verildiyi kimi, Rusiyanın rəsmi informasiya agentliyi “Sputnik”in Azərbaycan bürosunun şef redaktoru, təcrübəli və istedadlı jurnalist Mətin Yaşaroğlu işdən çıxarılıb. Əldə etdiyimiz məlumatlara görə, M.Yaşaroğlu Sputnik Azərbaycandan məhz erməni təbliğatına qarşı olduğuna, ermənilərin maraqlarının birbaşa və ya dolayısı ilə təmin edilməsinə imkan vermədiyinə görə belə ədalətsizliklə üzləşib. Bu isə “Sputnik”in Moskvadakı erməni baş redaktoru Marqarita Simonyanın və agentliyin Azərbaycan ofisinin ermənipərəst direktoru Əziz Əliyevin (Onun da erməni qarışığı olduğu bildirilir) xoşuna gəlməyib. Onu da qeyd edək ki, M.Yaşaroğlu ilə yanaşı, “Sputnik Azərbaycan”da çalışan, milli və dövlətçilik maraqlarına sadiq digər əməkdaşlara da həmişə xoş olmayan münasibət sərgilənib. Onu da dəqiq bilirik ki, agentlikdə çalışan kifayət qədər vətənpərvər və ədalətli jurnalistlər neçə illərdir erməni təbliğatına, imkanları daxilində, mane olublar. Düşünmək olardı ki, bu büronun erməni əsilli rəhbərinin əməlidir, amma M.Yaşaroğluyla bağlı baş verənlər göstərdi ki, bu Rusiya “Sputnik”inin məqsədi elə Azərbaycan bürosunda erməni təbliğatı aparmaq, Azərbaycan oxucusuna qarşı informasiya savaşında erməniyə kömək etməkdir. Unutmamalıyıq ki, müharibədə informasiya savaşı çox ciddi bir silahdır. “Qarabağ qaziləri” birliyi baş verənlərə etiraz edir. Və tələb edirik ki, M.Yaşaroğlu dərhal yenidən öz işinə qaytarılsın, aegntliktdə erməni təbliğatı dayandırılsın! Əks təqdirdə kollektivində Azərbaycanın ləyaqətli övladlarının işləməsinə baxmayaraq, “Sputnik Azərbaycan” bağlansın. Erməni təbliğatına sinə gərən M.Yaşaroğlu və digər jurnalistlərimiz isə daha yüksək əməkhaqqı, daha yaxşı şərtlərlə digər işlərlə təmin edilsin! Təəssüflə bildirməliyik ki, son günlər Azərbaycanda erməni təbliğatının güclənməsini müşahidə edirik. Vəziyyət o həddə gəlib çıxıb ki, “azərbaycanlı” bildiyimiz jurnalist Ermənistana gedib-gəlir və ölkəmizdə açıq-aşkar ermənilərin təbliğatın aparır. Onu tənqid etmək əvəzinə, bəzi qəzetlər və saytlar onun erməni təbliğatını eninə-boyuna təbliğ edir. Çox təəssüf! Ermənilər də bizim “azərbaycanlıların” əli ilə ölkəmizə qarşı savaşı daha da kəskin şəkildə davam etdirir. Bütün bunları nəzərə alaraq biz Qarabağ qaziləri dövlətimizin təhlükəsizlik və hüququ mühafizə orqanlarından məsələni ciddi şəkildə nəzarətə götürməyi xahiş edirik!”.