“Qarabağ” “Neftçi”yə qarşı

Baxış sayı:
6199

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək.
Muxalifet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Neftçi” doğma meydanda lider “Qarabağ”ı qəbul edəcək.
“Azərbaycan derbisi” adlanan bu komandaların görüşündə son 5 oyunda tərəflər 2 dəfə 1 xala sevinib, 2 dəfə “Qarabağ”, 1 dəfə isə “Neftçi” qalib gəlib. “Ağ-qaralar” Ağdam təmsilçisi ilə keçirdiyi son ev oyununda (keçən mövsümün son çempionat oyunu, 2:3) məğlub olub. “Köhlən atlar” son ev qarşılaşmasında bakılılara 2:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi 25 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır, paytaxt klubu isə 17 xalla ikincidir.
Prinsipiallığın böyük olduğu matçı İnqilab Məmmədov idarə edəcək. Derbiyə 20:00-da start veriləcək.
Qeyd edək ki, turun digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək.

Azərbaycan Premyer Liqası

10-cu tur
1 noyabr (cümə)
20:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu

“Bakcell Arena”