Qarabağ müharibəsinin veteranı vəfat edib

Baxış sayı:
7204

Qarabağ müharibəsinin cəsur iştirakçılarından birinin, komandir Adil Həşimov vəfat edib. Mərhumun döyüş dostu Aydın Şükür sosial şəbəkədə yazdığı statusda mərhum silahdaşının xatirəsini yad edib:

"Allah yerini behişt,məkanını cənnət eləsin, cəbhədaşım, silahdaşım, dostum.

Bu ad Azərbaycanın milli azadlıq tarixində, dövlət müstəqilliyi yolunda, Azərbaycanın ordu quruculuğunda mücadilə vermiş namuslu vətən övladı kimi həmişə sayğı ilə duyulacaq, Azərbaycanın şərəfli tarixində öz layiqli yerini alacaq...

Adil bəyin bizləri tərk edib haqq dünyasına köçməsi bizləri çox sarsıtdı.

Qardaşlıq münasibətlərimizi bilib mənə də başsağlığı verən bütün dostlarımıza təşəkkür edirəm.
Mən də Adilin doğmalarına və bütün Qubadlı camaatına başsağlığı verirəm.

Üç dost, üç silahdaş, üç vətən əsgəri (üç komandir).

Üçümüz də 1959 təvəllüdlü..."

Musavat.com