"Qarabağ" mövsümə qələbə ilə başladı

 “Neftçi”nin qonağı olan Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib
 
Azərbaycan çempionu "Qarabağ" 2017/18 mövsümünə qələbə ilə başlayıb.
Premyer Liqanın ilk turunun açılış oyununda “Neftçi”nin qonağı olan Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. “İnter” – “Qəbələ” matçı avqustun 12-ə təyin edilib. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası:
I tur
11 avqust (cümə)
“Neftçi” – “Qarabağ” 1:3
Qollar: Rahid Əmirquliyev, 90 (öz qapısına) - Mahir Mədətov, 15; 40. Dino Ndlovu, 62
“Bakcell Arena”